Türkiyənin Radio və Televiziya Ali Qurumu (RTÜK) yayımlandığı gündən bəri sevilən və ən çox izlənilən seriallar arasına girən "Diriliş: Ərtoğrul"a görə TRT-ni cərimə edib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serialda olan dava və şiddət səhnələri kanalın cərimələnməsinə səbəb olub.
RTÜK-ün açıqlamasında qeyd olunub ki, Ərtoğrulun xaçlı əsgərin boynundan vurduqdan sonra qan axması, döyüşdə əsgərlərin müxtəlif xəsarətlər almasının açıq göstərilməsi, əsgərlərin başının kəsilməsi səhnələri uşaq və gənc yaşda olan izləyicilərin psixologiyasında və yetişməsində mənfi təsirlər göstərə bilər.
Bu hesabatın nəticəsi olaraq TRT1 telekanalı keçən ay reklamlardan əldə etdiyi gəlirlərinin 1 faizi mislində cərimə ödəməlidir.