İlin ən çox gözlənilən erotik filmindən yeni video

İlin ən çox gözlənilən erotik filmindən yeni video
8483 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bozun 50 çaları" filminin yaradıcıları premyeraya olan marağı daha da artırmağa çalışırlar.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, "Qızıl Qlobus" mükafatlandırma mərasimində filmin yeni treyleri təqdim olunub.

Filmin baş rol ifaçıları Ceymi Dornan və Dakota Conson da mükafatlandırma gecəsində qonaqlar arasında olublar.

Erika Mitçelin romanı əsasında çəkilən filmə kəskin maraqla yanaşı tənqidlər də var. Dornan filmdə qadınlara qarşı heç bir ayrıseçkliyin olmadığını bildirərək, qadın tənqidçiləri premyeranı gözləməyə çağırıb.

Erotik dramın diqqət mərkəzində olan aktrisa Dakota Conson bir müddət bu filmin onun üçün böyük uğursuzluq ola biləcəyindən qorxduğunu etiraf etmişdi.

Qeyd edək ki, o filmdə tamamilə çılpaq səhnələrdən imtina edib.

Film Berlin kinofestivalının açılışında tam nümayiş olunacaq.