Rəqqasə Fatimə Fətəliyeva və rəqqas İlham Kərimli Misir səfərindən qayıdıb.
Rəqqasə səfər barədə öz təəssüratlarını Axşam.az saytı ilə bölüşüb.
“Bildiyiniz kimi biz Misir Mədəniyyət Mərkəzinin təşkil etdiyi 19-26 aprel tarixilərində Qahirədə keçirilən "Milli Folklor və Zərb alətləri" adlı Beynəlxalq Festivala dəvətli idik. Rəqqas İlhamla mən ənənəyə görə bu festivala milli geyimdə qatılmalı, rəqslərimizi nümayiş etdirməli idik. Elədə etdik. Deyərdimki çıxışımızı uğurla yekunlaşdırdıq. Çıxışımızdan dərhal sonra bir neçə ölkənin nümayəndə heyəti bizi öz ölkələrinə dəvət ediblər. İlk rəsmi dəvət isə Əlcəzairdən gəldi. Daha sonra biz Misir Dövlət Televiziyasının canlı efirində qonaq olduq. Orada ekspromt olaraq Azərbaycan milli rəqsi olan “Naz eləmə”ni nümayiş etdirdik" - deyə Fatimə bildirib.
Rəqqasə deyib ki, Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin on nəfərlik nümayəndə heyəti ilə yanaşı əməkdar artist Yasəf Eyvazov, zərb alət ifaçısı Can Şimşək, tar ifaçısı Tahir, skripkaçı Ramin və təşkilatçı Pərvin də onlarla bir yerdə olub.
Qeyd edək ki, hər il keçirilən bu festivalda ötən il 23 ölkə milli folklorlarını nümayiş etdirib.