Türkiyəli aparıcı Nazlı Çəlik canlı efirdə çətin vəziyyətə düşüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aparıcı mətni oxuduğu suflyorda problem yaranarkən bunu jestləri ilə başa salmağa çalışıb. Vaxtı uzatmağı istəyən Nazlının əl hərəkətləri canlı efirə düşüb. Bir qədər sonra isə problem aradan qaldırılıb.
Qeyd edək ki, Nazlı Çəlik Sevgililər günündə iş adamı, “Beşiktaş”ın keçmiş prezidenti Sərdar Bilgili ilə Madriddə ailə qurub.