"Bozun 50 çaları"nda türk mahnısı - video

"Bozun 50 çaları"nda türk mahnısı - video
5189 dəfə oxunub
  • A-
  • A
  • A+
El Ceymsin “Bozun 50 çaları” əsəri əsasında lentə alınan eyniadlı məşhur filmdə türkiyəli müğənni Nüket Durunun mahnısı səsləndirilib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, ekran işindəki səhnələrin birində prodüser-bəstəkar The Weekndin (əsl adı Abel Tesfaye –red.) “Often” mahnısının fonunda ifaçının “Ben yine sana vurğun” bəstəsi eşidilir. Məsələ ilə bağlı Nüket açıqlama verib:

“Mahnıdan istifadə üçün məndən icazə aldılar. The Weekndin albomunda da “Nüket Duru” adına yer verilib. Mahnıya görə dünya standartlarına uyğun qonorar ödədilər. Bəstəkar Əli Kocatəpə də yaxşı pul aldı”.