Səhnədə qadın pərəstişkarını yumruqladı - video
“Qremmi” mükafatına namizəd olan tanınmış reper Affroman Mississipidə verdiyi konsert zamanı səhnədə qadın fanatını yumruqlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı bu hərəkətinə görə polis tərəfindən saxlanılıb.
Affromanın meneceri mətbuata açıqlamasında reperi “Səhnədə qadını görəndə çaşdı və reflektiv olaraq hərəkət etdi” sözləri ilə müdafiə edib.