Jurnalistika tələbələrindən Xocalı haqda film - video

Jurnalistika tələbələrindən Xocalı haqda film - video
687 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Xocalı faciəsinə qısametrajlı film həsr edib.

Axşam.az-ın məlumatına görə, "Divar" adlı qısa filmdə faciədən əvvəl və sonra baş verən hadisələrdən bəhs edilir. Belə ki, ilk hissədə gənclər divara "dostluq, sevgi, ailə rəsmi" kimi ifadələr yazaraq faciə baş verməzdən əvvəlki günlərdə əhalinin xoşbəxt yaşadığı təsvir edir. Qısametrajlı filmin ikinci hissəsində isə Xocalı soyqırımın baş verməsi və  bir gecənin içində həyatların məhv olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, Jurnalistika fakültəsinin tələbələri bir müddət əvvəl 20 Yanvar faciəsinə həsr olunan video çarx hazırlamışdı.