TV8-də yayımlanan "İşte benim stilim" dəb yarışmasında gərgin anlar baş verib.
Axşam.az-ın "Milliyet"ə istinadən məlumatına görə, proqramın dünənki buraxılışında jüri Kamal Doğulu və yarışmaçı, model Melisa Şahin arasında mübahisə baş verib. K.Doğulu Melisanın verilişin yaradıcı heyəti ilə pis davrandığını iddia edərək ona "heç bir şeyinlə səmimi deyilsən" söyləyib. Ardından M.Şahinin "elə isə seçim gecəsində xilas olun məndən" deməsi ortalığı daha da qarışdırıb.
Lakin sonda modelyer Nur Yerlitaşın xahişi ilə Melisa üzr istəyərək aradakı buzları əridib.