Axşam.az-ın məlumatına görə, sənətçi “İncə+” verilişinə açıqlamasında pəhriz saxlamadığını və idmanla məşğul olmadığını deyib:
“Sadəcə, çalışıram sağlam qidalanım. Yalandan deyə bilmərəm ki, heç nə yemirəm. Yeməyimi azaltmışam. Məsələn, dünən gecə acmışdım. Əvvəl acan kimi nə oldu yeyirdim. Amma bu dəfə nəfsimi saxladım və ac yatdım. Elə paltarlarım var ki, xaricdən gətirmişəm, amma geyinməmişəm. Çünki əynimə olmur. İstəyirəm ölçüm 36-ya düşsün. Alınmır... İndi 40 ölçüdə geyinirəm”.