Hollivud ulduzu Arnold Şvarsneqqer qatıldığı “CinemaCon” mükafatlandırma mərasimində məşhur həmkarı Tom Kruzu tanımayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, səhnədə çıxışını tamamladıqdan sonra zala enən “Dəmir Arni” ona yaxınlaşan ulduza qəribə baxışlarla nəzər yetirib. Ətrafdakılar Şvarsneqqerin Tom Kruzu ilk baxışda tanımadığını anlayıblar.