Türkiyə Beynəlxalq Uşaq Gününü qeyd edir

Türkiyə Beynəlxalq Uşaq Gününü qeyd edir
640 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Türkiyə Milli Suverenlik və Beynəlxalq Uşaq Bayramı Gününü qeyd edir.

Axşam.az-ın məlumatına görə, hər il aprelin 23-də qeyd olunan bu tarix qardaş ölkədə rəsmi tətil və beynəlxalq bayram günüdür. Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulan bayramda iştirak etmək üçün dünyanın 50 müxtəlif ölkəsindən olan uşaqlar Türkiyəyə yollanır.

23 aprel, həmçinin, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qurulması ildönümüdür. 23 aprel Türkiyə Cümhuriyyətində 1921-ci ildən etibarən rəsmi şəkildə bayram kimi qeyd olunur.

Uşaq bayramı müxtəlif adlarla 1979-2000-ci illərdə paytaxt Ankarada, daha sonra isə ölkənin digər şəhərlərində keçirilib.

Tədbirlər ənənəvi olaraq İstiqlal Marşının oxunması və sayğı duruşu ilə başlayır.