“Eurovision 2015” musiqi yarışmasının keçiriləcəyi "Wiener Stadthalle" arenasında səhnənin təmir işləri başa çatıb.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Avstriyanın Vyana şəhərində baş tutacaq yarışmaya 40-a yaxın ölkənin nümayəndəsi qatılacaq.
Ölkəmizi mahnı müsabiqəsində Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını səsləndirəcək.
“Eurovision”nın I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq. E.Hüseynov mayın 21-də ikinci yarımfinalda çıxış edəcək.