Xarici Dillər Universitetində ASAN Xidmətin sifarişi ilə hazırlanan “Çanaqqala 100 “Qardaş köməyi” filminin və “Çanaqqala türküsü” klipinin təqdimat keçirilib.
Axşam.az-ın məlumatına görə, hər iki ekran işi Çanaqqala savaşına həsr edilib.
Layihənin rəhbəri AYB-in üzvü Cəlal Qurbanovdur. Ekran işində əməkdar artist Sevda Ələkbərzadə “Çanaqqala türküsü”nü ifa edib.
Yeni işindən danışan S.Ələkbərzadə belə bir layihədə iştirak etdiyinə görə qürur duyduğunu bildirib:
“Məşhur türküdür. Çanaqqala savaşında türk əsgərləri ilə bərabər azərbaycanlı könüllülər də vuruşub. Musiqi də onların qəhrəmanlığına həsr olunur. Burada mənə yer verən layihə rəhbəri Cəlal Qurbanova təşəkkür edirəm".