Aktyor hamilə qadını boğulmaqdan qurtardı – fotolar

Aktyor hamilə qadını boğulmaqdan qurtardı – fotolar
2531 dəfə oxunub
  • A-
  • A
  • A+
“Whiplash” filminin tanınmış aktyoru Maylz Teller model sevgilisi Keleiyh Sperri ilə Mayamidə dincələrkən gözlənilməz hadisə ilə qarşılaşıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dənizə girən cütlük qəflətən hamilə bir qadının boğulduğunu görüb. 28 yaşlı aktyor dərhal həmin qadını boğulmaqdan xilas edib. Teller onun əlindən tutaraq sahilə çıxarıb. 22 yaşlı Sperri müsahibəsində əslində qadının da onların həyatını xilas etdiyini deyib.

O bildirib ki, hamilə xanım cütlüyü suda balinaların olması ilə bağlı xəbərdar edib.