Müğənni Çingiz Mustafayev 5 yeni klipinə təqdimat edib.
Axşam.az-ın məlumatına görə, sənətçi işlərinə dəyər verilməməsindən şikayətlənib:
“Mənim “Palmas” qrupum 4 ildir ki, fəaliyyət göstərir. Düzdür, Azərbaycanda çox da tanınmır. Bizim məqsədimiz müəyyən kütlə arasında tanınmaq idi. Şükür ki, o istəyimizə nail olmuşuq. Bu gün 5 yeni klipimi sevənlərin ixtiyarına verirəm. Onlar "Mi Princesa" ("Mənim şahzadəm"), "Pəncərə", “Небо над землей” ("Yer üzündə cənnət"), "Səbr elə" və "Confessa" ("Etiraf") klipləridir. Layihədə mənimlə birlikdə qrupun 4 üzvü iştirak edir. Biz dünyaca məşhur olan mahnıları yeni tərzə uyğun, özümüzə xas bir şəkildə dəyişdirmişik. "Səbr elə" isə öz bəstəmdir. Layihənin adı “Palmas Life”dır. Canlı musiqini sevirəm. Bu layihədən komersiya güdmürəm. Gəlir gətirəcəyinə inanmıram. Buna baxmayaraq onu davamlı edəcəm. Klipləri rejissor Nicat Zeynal təmənnasız çəkib. Hər şeyin getdikcə müasirləşməsini bəyənmirəm. Keçmişə qayıtmaq istəyirəm. Bu, mənim sonuncu layihəm ola bilər. Bu günə kimi bir-birindən maraqlə işlər təqdim etmişəm. Amma dəyər verilməyib. Əgər bu dəfə də eyni aqibətlə üzləşsəm, onda vətəni tərk edəcəm. Çünki 24 yaşım var, sənətdə də azdan-çoxdan öz sözümü demişəm. Bu, mənim son ümidimdir”.