Teleaparıcı Rövşanə Ağasəfqızı (Bektaşi) Bakı restoranlarından birində özünə ad günü edib.
Axşam.az-ın vesti.az-a istinadən məlumatına görə, aparıcını təbrik etmək üçün yaxın dostları və ailə üzvləri qonaqlıqda iştirak ediblər.
Qeyd edək ki, R.Bektaşı 1979-cu il mayın 6-da anadan olub, 1998-2000-ci illərdə Azərbaycan Televiziyasında, 2000-2009-cu illərdə "Space"də işləyib, daha sonra ANS-də fəaliyyətə başlayıb.
Hal-hazırda həmin televiziya kanalında "Bazar səhəri Rövşanə ilə" verlişinin aparıcısıdır.