Aktyor Murad Yıldırım “Türk kinosunun 100-cü ildönümü” çərçivəsində keçirilən tədbirlərlə əlaqədar Gürcüstana yollanıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktyor Yunus Əmrə Tiflis Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən tədbirdə Gürcüstanı çox sevdiyini və oranı ikinci vətəni hesab etdiyini deyib. Murad türk seriallarının Braziliya seriallarını geridə qoyduğunu bildirib:
“Əvvəllər Braziliya serialları çox izlənilirdi, indi isə türk seriallarına baxılır”.
Gürcülərin qonaqpərvərliyindən razı qaldığını söyləyən M.Yıldırım Yunus Əmrə İnstitutunun tələbələrinin Türkiyə türkcəsində səlis danışığını görüb qısa zaman ərzində bu dili öyrənə bilmələrinə görə çox şad olduğunu deyib.