“Öyle bir geçer zaman ki” (“Zaman elə keçir ki”) serialından “Əli” və “Karolin” obrazları ilə tanınan aktyor Ərkan Petekkaya ilə aktrisa Vilma Elles uzun fasilədən sonra xeyriyyə tədbirində bir araya gəliblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor tərəf müqabilinin hamilə olduğunu görüncə çox təəccüblənib. Ərkan bu münasibətlə Vilmanı təbrik edib:
“Mən Vilmaya Vili deyirəm. Onu belə görmək çox xoşdur. Başqa bir ölkədən gəlib türk dilini öyrənmək üçün necə çalışdığı yadıma gəlir. Onu səmimi qəlbdən təbrik edirəm”.
Qeyd edək ki, almaniyalı aktrisa gecəyə kəbinli həyat yoldaşı Kərəm Göyüşlə qatılıb. Əkizləri olacaq V.Elles 7 aylıq hamilədir.