İlham Əliyev və xanımı Avropa Oyunları Parkında - fotolar

İlham Əliyev və xanımı Avropa Oyunları Parkında -  fotolar
2731 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva paytaxtda Avropa Oyunları Parkının açılışında iştirak ediblər.

Axşam.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına parkda yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, yüksək səviyyədə aparılan tikinti-quraşdırma işləri zamanı bütün tələblər nəzərə alınıb. Ərazinin geoloji xüsusiyyətlərinə uyğun olaraq dayanıqlılıq üzrə müvafiq sınaq işləri yerinə yetirilib.

Prezident İlham Əliyev parkın rəmzi açılışını bildirən lenti kəsib.

Diqqətə çatdırılıb ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektar, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır.

Parkda yaradılan şəraitlə tanış olandan sonra dövlət başçısı və xanımı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxıblar. Mayın 29-dan istifadəyə veriləcək bu taksilər Oyunlar zamanı federasiyaların, beynəlxalq idman qurumlarının rəhbərlərinə və digər vacib şəxslərə xidmət göstərəcək. Oyunlar zamanı 500 belə taksi fəaliyyət göstərəcək. Bu isə öz növbəsində Avropa Oyunları ilə bağlı ölkəmizə gələn qonaqların rahatlığını təmin etmək baxımından önəmlidir.

Mənbə: AzərTac