Bir müddət əvvəl Puerto-Rikoya pulsuz iki nəfərlik səyahət udan oğlanın həyat yoldaşını özü ilə oraya apara bilməməsi haqda xəbər vermişdik.
Axşam.az-ın adme.ru-ya istinadən məlumatına görə, Kevin Blandford adlı şəxs xanımı olmadan istirahətin əyləncəsiz və maraqsız olduğunu bildirmək məqsədilə həyat yoldaşı üçün maraqlı fotolar çəkmişdi. Qadın isə 6 aylıq uşaqlarına görə evdə qalmışdı.
Puerto-Rikonun turist agentliyi bunu görərək Kevin və həyat yoldaşı üçün yenidən səfər təşkil edib. Blandford ilk səfərində tək şəkil çəkdirdiyi yerlərdə, eyni geyimdə bu dəfə həyat yoldaşı və uşağı ilə fotosessiya edib.