Sevda həyat yoldaşı haqda: "Peşəkar musiqiçidir"

Sevda həyat yoldaşı haqda: "Peşəkar musiqiçidir"
2066 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Sevda Ələkbərzadə həyat yoldaşı Kamyardan danşıb.

Axşam.az-a açıqlama verən müğənni onun gözəl səsi olduğunu bildirib:

“Əslində Kamyar peşəkar gitara ifaçısıdır. Musiqi savadı var. Səsi də gözəldir. Hərdən mahnı oxuyur. Amma heç vaxt tamaşaçılar bizi eyni layihədə görməyəcəklər. Mən şəxsi həyatımla gündəmə gəlmək istəmirəm”.

S.Ələkbərzadə filmə çəkilmək istəyindən də bəhs edib:

“Əvvəl seriala dəvət almışam, amma qəbul etməmişəm. Ciddi film təklifi olsa razılaşaram. Əlbəttə ki, mənim də qadağalarım olacaq. Qonorar isə məni maraqlandırmır. Hamı bilir ki, incəsənəti sevən biriyəm. Onun inkişafında əməyim olacaqsa, bunda təmənna güdmürəm”.

Foto: Azad BAĞIROV