Aparıcı Vüsalə Əlizadə bundan sonra aktrisa kimi də fəaliyyət göstərəcək.
Axşam.az-ın məlumatına görə, o, “Bacanaqlar” serialında rol alıb. V.Əlizadə ekran işində Dilbər xanım obrazını canlandırır.
Aparıcı eyni zamanda uzun müddətdir anonsları yayımlanan “Qadına görə” verilişinin yayım gününün bəlli olduğunu bildirib. Belə ki, Vüsalənin yeni verilişi mayın 15-dən etibarən hər həftənin cümə günü saat 12:00-da ATV-də efirə gedəcək.