Bacısı Helin Avşarın hazırladığı geyimlərin nümayişinə qatılan müğənni Hülya Avşar modellik edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, təqdimatdan sonra bacısının dizayn verdiyi libaslardan birini geyinən ifaçı alqışlar altında podiumda gəzirmiş kimi şou göstərib. Jurnalistlərin “Modellik xoşunuza gəlir, deyəsən” sözlərinə Hülya belə cavab verib:
“Balanslı bir işdir. Amma o qədər də asan deyilmiş. Əlim-ayağım bir-birinə dolaşdı, yeriyə bilmədim. Bir az axmaqlıq etdim. Onsuz da libas seçmək barədə o qədər də zövqlü deyiləm”.