İnstaqramın ən məşhur "playboy"u - fotolar

İnstaqramın ən məşhur "playboy"u  - fotolar
8533 dəfə oxunub
  • A-
  • A
  • A+

İnstaqramın "Playboy"u olaraq tanınan Dan Bilzerian paylaşımları ilə hər dəfə izləyicilərini heyrətləndirir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, peşəkar poker oyunçusu olan Danı "İnstaqramın Kralı" da adlandırırlar. O, son olaraq xüsusi təyyarəsində çəkilən foto ilə gündəm yaradıb. Mayamiyə uçan təyyarədə poker oynayan Bilzerian tez-tez "... çünki mən varlıyam" sözlərini paylaşır. Bu sözlərinə görə ona çoxlu təhqirlər yazılır və acgöz olduğunu deyirlər.

D.Bilzerianın fotolarından aydın olur ki, onun silah, avtomobil kolleksiyası, yaxtaları, Los-Anceles, San Dieqo, Las Veqasda milyon dollarlıq villaları var. Sosial medianın ən məşhur adlarından olan Danın hətta pişiyinin də 31 mindən çox izləyici olan İnstaqram hesabı var.