Müğənni Sərdar Ortaç irlandiyalı həyat yoldaşı Xloe Luqnanla 4-cü Fashion TV moda gecəsinə qatılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı hündürdaban ayaqqabı geyinən xanımı üzündən çətin anlar yaşayıb.
Belə ki, həyat yoldaşının yanında boyu qısa qalan Sərdar ona “Ətəyini qaldır, neçə santimetr dabanı olduğunu görsünlər. Sənə baxmaqdan boynum ağrıdı” deyib.