Qadın sənətçidən etiraf - “Hillari Klintonla sevgili olmuşuq”

Qadın sənətçidən etiraf -  “Hillari Klintonla sevgili olmuşuq”
1921 dəfə oxunub
  • A-
  • A
  • A+
82 yaşlı müğənni, rəssam Yoko Ono açıqlamaları ilə Amerika gündəmini alt-üst edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesə sərgi üçün yollanan sənətçi 1970-ci illərdə hazırkı dövlət katibi Hillari Klintonla sevgili olduqlarını deyib. O, prezidentliyə namizədliyini irəli sürən dövlət katibinin növbəti ildə qalib gəlib-gəlməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Biz 70-ci illərin əvvəllərində onunla Nyu-Yorkda bir neçə dəfə görüşmüşük. Onda mən Manhettendə Con Lenonla yaşayırdım. Hillari isə tələbə idi. Biz sadə tanışlar deyildik – çox kədərli eşq macəramız olub. O, çox möhtəşəm qadındır, ona uğurlar arzulayıram”.

İndiyədək bir çox qadınla eşq macərası yaşayan Yokonun bu açıqlamaları hər kəsi şoka salıb.