Tehran Nəqliyyat Nazirliyi 850 lyuks avtomobil sahibini cərimələyib.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, onlar maşınları təhlükəli və sürət həddini aşaraq idarə etdikləri üçün saxlanılıblar. Avtomobilləri əllərindən alınan bu gənclər bir müddət əvvəl "iranın zəngin uşaqları" adlı İnstaqram hesabının qəhrəmanlarıdır.
Qeyd edək ki, İran dövlətinin qadağalarına məhəl qoyulmadan ifrat əyləncəli həyatların nümayiş oldunduğu bu profil bir müddət əvvəl bağlanılmışdı. Sosial mediada paylaşılan fotolar nəinki İranda, eləcə də bütün dünyada gündəm yaratmışdı.