ABŞ-lı zənci ata və yapon ananın qızı olan mələz gözəl Ariyana Miyamoto "Miss Universe" gözəllik yarışmasında "kraliça" seçilib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, onun beynəlxalq yarışmada Yaponiyanı təmsil edəcəyi xəbəri isə ölkəni qarışdırıb. Yaponların bir qismi "bizim xüsusiyyətlərimizi daşımayan, qara bir qadının ölkəmizi təmsil etməsi doğru deyil" yazıb. Bəziləri isə, tam əksinə, Miyamotonu fərqli olduğu üçün doğru seçim kimi qiymətləndiriblər.
21 yaşlı Yaponiya gözəl isə "Tənqidlərə açığam. Amma bunların heç biri məni incitmir, deyə bilmərəm. Mən bir yaponam, belə böyümüşəm" şəklində fikrini bildirib.