Bədəninin 93%-nə 500 saat vaxt sərf edərək 200-dən artıq döymə etdirən məşhur ingilis qadın İzabel Varli 77 yaşında dünyasını dəyişib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, keçmişdə katibə olan Varli ilk döyməsini 49 yaşında etdirib. O, müsahibələrinin birində “Əvvəl təkcə bir quş şəkli çəkdirmək istəmişdim. Amma sonra buna aşiq oldum və məndə asılılıq yaratdı”, - deyib.
Alzaymer xəstəliyindən əziyyət çəkən İzabel “Ən çox döyməsi olan təqaüdçü qadın” titulu ilə “Ginnesin rekordlar kitabı”na düşüb.