“Bakı – 2015” Avropa Oyunlarına həsr olunmuş klip təqdim edildi - fotolar

“Bakı – 2015” Avropa Oyunlarına həsr olunmuş klip təqdim edildi - fotolar
1108 dəfə oxunub
  • A-
  • A
  • A+
Beynəlxalq Muğam Mərkəzində Avropa Oyunlarına həsr edilən "İlk Avropa Oyunları qədim Bakı torpağında" adlı mahnıya çəkilən klipin təqdimatı baş tutub.
 
Axşam.az-ın məlumatına görə, sözləri Calal Qurbanova, musiqisi Muxtar Abseynova aid olan bəstəni xalq artisti Samir Cəfərov və əməkdar artist Sevda Ələkbərzadə səsləndiriblər. Mərasimdə gənclər və idman naziri, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, ASAN xidmətin sədri İlham Kərimov iştirak ediblər. Onlar çıxış edərək idman azarkeşlərini klip münasibətilə təbrik edib, onu səsləndirən sənət adamlarına təşəkkürlərini bildiriblər. Daha sonra ASAN xidmət könüllülərinin təşəbbüsü ilə hazırlanan klip nümayiş olunub. A.Rəhimov ekran işi ilə bağlı fikirlərini bölüşüb:
 
"Azərbaycan və Avropa tarixində ilk dəfə nümayiş olunan bu klipə incəsənət nümayəndələrinin dəstək olması təqdirəlayiqdir. Mahnının müəlliflərindən və ifaçılarından bu böyük hadisəyə gözəl hədiyyə oldu. Bunu təkcə idman azarkeşləri yox, bütün insanlar maraqla izləyəcəklər".

Daha sonra S.Ələkbərzadə və S.Cəfərov çıxış edərək, Birinci Avropa Oyunlarının ölkəmizin tarixində qürurverici hadisələrdən olduğunu vurğulayıblar.