“Spice Girls”ün keçmiş üzvü milyonçuya ərə getdi – fotolar

“Spice Girls”ün keçmiş üzvü milyonçuya ərə getdi – fotolar
2643 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur “Spice Girls” qrupunun keçmiş üzvlərindən olan 42 yaşlı Cerri Holliuell “Formula 1”in rəhbərlərindən, 41 yaşlı milyonçu Kristian Hornerə ərə gedib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün toyunda Cerrinin 8 yaşlı qızı Bluebell də iştirak edib. Kilsədə baş tutan mərasimə qrupun keçmiş üzvləri Vikotriya Bekhem, Melinay Braun, Melanie Çişholm, eyni zamanda Kristianın valideynləri qatılmayıblar. Müğənnini yalnız Emma Banton tək qoymayıb.

Bəyin valideynlərinin toya getməmələrinin səbəbi onun 14 illik sevgilisi Beverli Allendən ayrılıb Cerri ilə evlənməsidir. Hornerin ailəsi hələ ötən həftədən gecəyə qatılmayacaqlarını açıqlamışdı.