Xalq artistinin Ağdamın “Çay Evi”ndən selfisi - fotolar

Xalq artistinin Ağdamın “Çay Evi”ndən selfisi - fotolar
3896 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı xanəndə doğulduğu rayonda yaddaqalan “selfie” çəkdirib.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, ötən günlərdə istifadəyə verilən Ağdam rayonundakı məşhur “Çay evi”nin bənzərinin açılışında xalq artisti Mənsum İbrahimov da iştirak edib.

Ağdam rayonunda doğulub boya-başa çatan xanəndə yeni “Çay Evi”nə qalxaraq, orada “selfie” çəkdirib və o anı tarixə həkk edib.

Qeyd edək ki, vaxtilə Ağdam şəhərinin mərkəzində ucaldılan və rayonun memarlıq nümunələrindən hesab edilən, 1993-cü ildə isə ermənilər tərəfindən yandırılaraq məhv edilən çay evinin bənzəri ötən günlərdə istifadəyə verilib.

26 iyul 1986-cı ildə inşa edilən məşhur çay evinin bənzərinin bu gün Quzanlıda tikilməsinin ağdamlılar üçün xüsusi əhəmiyyəti var.