Heydər Əliyev Mərkəzində "açıq qapı" günü

Heydər Əliyev Mərkəzində "açıq qapı" günü
1870 dəfə oxunub
  • A-
  • A
  • A+

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzindəki sərgilər və muzey mayın 18-də “açıq qapı” günü elan edir.

Ziyarətçilər saat 14.30-dan 19.00-dək Mərkəzdəki Heydər Əliyev Muzeyi və sərgilərdə nümayiş olunan əsərlərə tamaşa edə biləcəklər.

Axşam.az-ın məlumatına görə, mərkəzdən AzərTac-a bildiriblər ki, hazırda Heydər Əliyev Mərkəzində belçikalı rəssam Vim Delvuanın fərdi sərgisi, eləcə də “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”, “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman”, “Graking art”, “Ceyranlar” sərgiləri, o cümlədən böyük britaniyalı heykəltəraş Aniş Kapurun “Parobolik bükülmə”, yaponiyalı rəssam Yayoi Kusamanın “Sabahın çiçəkləyən gülləri” və Toni Kreqqin “Nəzər nöqtələri” əsərləri nümayiş olunur.