Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2 saat səhnədə qalan sənətçi “Hörümçək toru” adlı plastik əməliyyat etdirməsi haqda iddiadan danışıb:
“Üzümə botoksdan başqa, heç bir plastik müdaxilə olunmayıb. Ancaq buna qarşı da deyiləm. Mütləq nə vaxtsa bu baş verəcək. Həmin zaman da bunu çəkinmədən etiraf edəcəm”.
Xatırladaq ki, Ebrunun hər il Londona gedərək dünya ulduzlarının cavanlaşdığı klinikada üzünə “Hörümçək toru” plastik əməliyyatını etdirdiyi iddia olunurdu. Bu əməliyyat növündə neştər yerinə, iynə və saplardan istifadə olunur. Həmin saplar dəri altına yerləşdirilərək üzün gərilməsini təmin edir.