Həmyerlilərimiz "Eurovision 2015"in açılış mərasimində - fotolar

Həmyerlilərimiz "Eurovision 2015"in açılış mərasimində -  fotolar
6506 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, mərasimdə “Eurovision-2014”-ün qalibi avstriyalı müğənni Konçita Vurst da iştirak edib. Tarixi Rathaus meydanında təşkil olunan tədbiri Konçita açıb. 

"Eurovision 2015" də ölkəsini təmsil edəcək ifaçılar qırmızı xalçadan keçib.

Onlar arasında Azərbaycan təmsilçisi Elnur Hüseynov, nümayəndə heyətindən olan Tamilla Şirinova və Hüsniyyə Məhərrəmova da yer alıb.

Qeyd edək ki, "Eurovision 2015" mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 19-da, ikinci yarımfinal mayın 21-də, final isə mayın 23-də olacaq. E.Hüseynov yarışmada “Hour of the Wolf” mahnısını oxuyacaq.