Bakıda Rostropoviç Festivalının açılışı oldu- fotolar

Bakıda Rostropoviç Festivalının açılışı oldu- fotolar
394 dəfə oxunub
  • A-
  • A
  • A+

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub.

Festival Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondu tərəfindən təşkil edilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bunları deyib:

“Bu gün Bakıda səkkizinci dəfə Mstislav Rostropoviç Festivalı açılır. Biz böyük maestro ilə həmişə qürur duyuruq. O, Azərbaycan üçün çox işlər görüb, musiqimizi təbliğ edib, müxtəlif layihələr həyata keçirib. O, Heydər Əliyev ilə möhkəm dost idi”.

Mstislav Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri Olqa Rostropoviç atası haqqında xoş sözlərə görə təşəkkür edib:
 
“Mən hər dəfə gözəl Bakı şəhərinə gələndə sevinirəm. Atam Bakını öz Vətəni adlandırırdı. Dünyada Rostropoviç festivalları çoxdur. Lakin ən birinci festival burada, onun Vətənində keçirilib. Mənə dəstək göstərdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya həmişə minnətdar olacağam”.

Sonra Olqa Rostropoviç festivalı açıq elan edib.

Festival Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Karl Orfun “Karmina Burana” kantatası ilə açılıb. Rauf Abdullayev isə dirijorluq edib.

2007-ci ildən keçirilən festivalda bir çox tanınmış musiqiçilər və yaradıcı kollektivlər də yer alıb.

Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistlərinin ifasında italyan bəstəkarı R.Leonkavallonun “Payatsı” operası oynanılacaq.

Festival mayın 24-dək davam edəcək.