Ruhi və Afaq xeyriyyə tədbiri keçirib - fotolar

Ruhi və Afaq xeyriyyə tədbiri keçirib -  fotolar
6214 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çox layihənin müəllifi Ruhi Əliyeva və modelyer Afaq İsmayılzadə xeyriyyə tədbiri təşkil ediblər.

Axşam.az-ın məlumatına görə, tanınmışlar ürəyində yırtıq olan 1 yaşlı Nihad Ağazadənin əməliyyatı üçün vəsait toplayıblar.

Aparıcılığını Afaq Gəncəlinin etdiyi tədbirdə xalq artisti Brilliant Dadaşova, müğənnilər Zamiq Hüseynov və Günay İbrahimli yer alıblar.

Mərasimdə A.İsmayılzadənin yeni kolleksiyası nümayiş olunub. Libaslar arasında uşaqlar üçün nəzərdə tutulmuş paltarlar üstünlük təşkil edib.

Gecəyə qatılan qonaqlar libasları satın alıblar.

Tədbirin sonunda balacalar Avropa Oyunlarına həsr olunmuş nömrə ilə çıxış ediblər. Onlar müğənni Röya Ayxanın “Avropa Oyunları” mahnısının musiqi sədaları altında rəqs ediblər.