Fatimədən yeni klip - fotolar

Fatimədən yeni klip -  fotolar
1051 dəfə oxunub
  • A-
  • A
  • A+
İyunun 12-dən 28-nə kimi ölkəmizdə keçiriləcək “Bakı-2015” Avropa Oyunlarına dəstək olanlar sırasında sənət aləminin tanınmış simaları da yer alıb.

Axşam.az-ın məlumatına görə, xalq artisti Samir Cəfərov, əməkdar artist Sevda Ələkbərzadə, müğənni Röya Ayxan və Samira Allahverdidən sonra rəqqasə Fatimə Fətəliyeva da Avropa Oyunlarına həsr edilən klip çəkdirib.

“Ana vətən” adlanan mahnı sədaları altında oynayan F.Fətəliyevanı “Talant” rəqs qrupu müşayiət edib. Ekran işinin rejissoru Nail Naiboğludur.

20 saat davam edən çəkilişdə rəqqasə iki libas dəyişib.

Klip yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.