46 yaşlı çeçen polisi ilə 17 yaşlı qızın nikahı Rusiyanı qarışdırıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə 18 yaşından kiçik qızların və çoxarvadlılığın qadağan olunmasına baxmayaraq, Najurda Quçilov Luiza Qoylabiyeva ilə evlənib. Nikaha isə Çeçenistan lideri Ramzan Kadırov şəxsən özü razılıq verib. Fotoları sosial şəbəkədə yayılan və aralarında kəskin yaş fərqi olan cütlüyün bu addımına Quçilovun dostu R.Kadırovun münasibəti belə olub:
“Bütün yaşlar üçün eşq...(Puşkindən sitat – red.) ”. Luizanın Najurdaya zorla ərə verildiyi iddia olunsa da, qız daha sonra mətbuata açıqlamasında bu faktı inkar edib və onunla şəxsi istəyi əsasında ailə qurduğunu deyib.
Rusiyada sərt etirazla qarşılanan bu hadisə Ramzan Kadırovun ölkənin qanunlarını vecinə almaması kimi adlandırılıb. Hökumət isə bununla bağlı heç bir açıqlama verməyib.