Sergey Maksimişin Rusiyanın ən tanınmış fotojurnalistlərindən biridir.
O, çəkdiyi fotolarla çoxlu beynəlxalq mükafatların sahibi olub. İki dəfə isə "World Press Photo"nun qalibi seçilib.
Bu günlərdə Moskvada keçirilən foto festivalında Sergeyin də obyektivindən çıxanlar nümayiş olunub. Sərgidə onun son 15 ildə Rusiyada və müxtəlif ölkələrdə çəkdiyi 100 ən yaxşı fotosu göstərilib.
Axşam.az Rusiya mediasına istinadən həmin fotoların bəzilərini təqdim edir.