Aktrisa Fəxriyyə Evcən 68-ci Kann Film Festivalına qatılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya ulduzlarının da iştirak etdiyi tədbirə aktrisa “Tom Ford” imzalı libas geyinib. F.Evcən “L’Oréal Paris”in “Türkiyə gözəllik elçisi” kimi qırmızı xalıya çıxıb. Aktrisa festivalda Eva Lonqoriya, Nataşa Poli, Aişvariya Rayla bir araya gələrək söhbət edib.
Fəxriyyə Keyt Blanşettin baş rolda çəkildiyi “Carol” filminin nümayişinə də qatılıb. Kann Film Festivalına ilk dəfə getdiyini deyən F.Evcən çox gözəl görünməyin əsas məqsədi olduğunu vurğulayıb.