“Neçə gündür dayanmadan bu layihə üzərində çalışıram. Gecələr yuxusuz qalıram. Canlı yayımda halımın pisləşməsinə də bu səbəb olub. Yüz mini də verilişimə sərf etmişəm. Xeyriyyə işləri görürəm. Düşünürəm ki, bu qədər əziyyətə dəyərdi. Veriliş gözəl alınıb. “Göz önündə”də bir çox problem həll ediləcək, yardıma ehtiyacı olan insanların üzü güləcək”.
Qeyd edək ki, verilişin bir neçə buraxılışının çəkilişləri baş tutub. Maraqlı anların yaşandığı proqramda R.İsmayılovanın karate paltarı da diqqət çəkib.