Ukraynalı rəssam-dizayner Aleksey Kondakov klassik əsərləri müasir həyata uyğunlaşdırıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, rəssam “2 reallıq” adı verdiyi layihəsində fotoşopla rəsm əsərlərini metro, avtobus və küçələrə yerləşdirib.
Muzeylərdə əsl sənət əsəri kimi görünən tabloların fiqurları modern həyatda əyləncə düşkünü və sərxoş birinin obrazına bənzəyib.