Berlin-Bakı qalereyasında sərgi

Berlin-Bakı qalereyasında sərgi
1819 dəfə oxunub
  • A-
  • A
  • A+

Berlin-Bakı Qalereyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə və Bakı Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 90 illiyinə həsr edilən sərgi açılıb.

Sərgidə İncəsənət Universitetinin üç dosenti – Aytən Rzaquliyeva, Sevda Sadıxbəyova və Aysel Əzizovanın rəngkarlıq əsərləri nümayiş edib.

Sərgini qalereyanın icraçı direktoru Ebrahim Ehrari açaraq deyib ki, ilk dəfədir rəssamlığı tədris edən müəllimlərin sərgisi açılıb və sərgidə hər rəssamın 6 əsəri nümayiş edilib.

Rəssam Sevda Sadıxbəyova çıxış edərək sərginin Ebrahim Ehrar və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyevin birgə təşəbbüsü ilə təşkil edildiyini qeyd edib. O, sərgidə iştirak edən rəssam həmkarlarının üslub etibarilə bir-birilərindən fərqləndiklərini bildirib. Rəssam sərginin təşkilatçılarına və göstərdikləri marağa görə qonaqlara təşəkkür edib.

Sərgidə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin və Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin əməkdaşları, diaspor təşkilatlarının təmsilçiləri, jurnalistlər, alman rəssamları və ictimaiyyət nümayəndələri iştirak edib.

Mənbə: Azərtac