Zeynal Nağdəliyev və Kəmaləddin Heydərov hadisə yerində olublar.
Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Binəqədi rayonu ərazisində yanmış binanın ərazisinə gəliblər.
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, Zeynal Nağdəliyev və Kəmaləddin Heydərov hadisə yerinə baxış keçiriblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacibala Abutalibov son vəziyyətlə bağlı onları məlumatlandırıb.
Rəsmilərə yanğının fəsadları barədə tərtib olunmuş aktlar təqdim olunub.