"Eurovision 2015"ın ilk yarımfinalı baş tutub - fotolar

"Eurovision 2015"ın ilk yarımfinalı baş tutub -  fotolar
3596 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2015” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

Axşam.az-ın məlumatına görə, Avstriyanın paytaxtı Vyanada keçirilən gecəni “Eurovision 2014”ün qalibi Konçita Vurst açıb. Birinci yarımfinal üçün hazırladığı mahnısını səsləndirən ifaçı bütün iştirakçıları səhnəyə dəvət edib.

"Wiener Stadthalle" arenasında baş tutan müsabiqədə 16 ölkənin təmsilçisi səhnəyə çıxıb:

Moldova: “I Want Your Love” - Eduard Romanyuta

Belçika: “Rhythm Inside” - Loic Nottet

Niderland: “Walk Along” - Trijntje Oosterhuis

Finlandiya: “Aina Mun Pitää” - Pertti Kurikan Nimipaivat

Yunanıstan: “One Last Breath” - Maria-Elena Kyriakou

Estoniya: “Goodbye To Yesterday” - Elina Born & Stig Rasta

Makedoniya: “Autumn Leaves” - Daniel Kajmakoski

Serbiya: “Beauty Never Lies” - Bojana Stamenov

Macarıstan: “Wars For Nothing” - Boggie

Belarus: “Time” - Uzari&Maimuna

Rusiya: “A Million Voices” - Polina Qaqarina

Danimarka: “The Way You Are” - Anti Social Media

Albaniya: “I'm Alive” - Elhaida Dani

Rumıniya: “De La Capat/ All Over Again” - Voltaj

Almaniya: “Warrior sung” - Nina Sublatti

Ermənistan: “Face The Shadow” – Genealogy

Onlar arasından Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.

İkinci yarımfinal mayın 21-də baş tutacaq.
 
Ölkəmizi bu il mahnı müsabiqəsində “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək Elnur Hüseynov 11-ci nömrə altında çıxış edəcək.
 
Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır. “Eurovision”ın final günü mayın 23-də baş tutacaq.