Yanan binanın sakinləri hazırda hadisə yerinə gəlib.
Axşam.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, sakinlər polis nəzarəti altında binaya daxil olub əşyalarını çıxarırlar.
Binada yaşayanlar bildirib ki, ötən gün onlara 1000 manat pul verilsə də, yer verilməyib və qohumlarının evlərində qalmaq təklif olunub. Həmçinin, sakinlər onlara məxsus bütün sənədlərin evdə qaldığını açıqlayıb.
Hazırda Bakı meri Hacıbala Abutalıbov və Binəqədi icra başçısı Xaləddin İsgəndərov yanan binaya yenidən baş çəkiblər.