Yanaraq ölən bacı-qardaşın yas mərasimindən fotolar

Yanaraq ölən bacı-qardaşın yas mərasimindən  fotolar
19449 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir ailə iki əzizini itirdi dünən.

Axşam.az-ın ans press-ə istinadən xəbərinə görə, dünənki yanğında həlak olan 60 yaşlı Bağırova Firəngiz Rəhim qızı və 46 yaşlı Bağırov Sahibin boğulmuş və yanmış cəsədləri bu səhər Göy Məsciddə yuyulub.

Onların yas mərasimi böyük qardaşlarının yaşadığı binanın həyətində qurulmuş çadırda düzənlənib. Meyidlər məsciddən birbaşa ora aparılıb.

Bir gündə bacısını və qardaşını itirmiş Məlahət Bağırova demək olar ki, başını itirib. Artıq bu dünyada olmayan Firəngiz və Sahiblə bir mənzildə yaşadığını deyən Məlahət xanım, dünəndən bəri yanmış mənzillərinə daxil ola bilmədiyini deyib:

"Bacım demək olar ki, tam yanmışdı, qardaşımın isə bədəninin yarısı yanmışdı. Xəbəri eşidən kimi tələsik gəldim, amma gec idi artıq. Dərdim böyükdür, dünən şokda idim. Yas çadırına asmaq üçün bacı-qardaşımın şəkli lazımdır. Evə girə bilmirik ki, lazım olan şeyləri götürək. Bacımın məclisidir, şəklini tapa bilmirik. Qardaşıımınkını isə telefondan tapıb, böyütdürmüşük. Məni Fatmayiyə göndərirdilər, bacı-qardaşımın meyidini qoyub heç yerə gedə bilmədim. Ora getsəydim, səhər-səhər necə qayıdacaqdım bura? Gecəni küçədə keçirmişəm, öz evimizə girməyə qoymurlar, dünəndən bəri əynimizin paltarını belə dəyişməmişəm".

Məlahət xanım bacısı və qardaşı ilə birlikdə binanın 14-cü mərtəbəsində 3 otaqlı mənzildə yaşayırmış:

"Biz üçümüz də ailə qurmamışdıq. Biz bacılar ümidimizi qardaşımıza bağlamışdıq, onun xeyir işini görmək istəyirdik. Sahibi evləndirməyə hazırlaşırdıq. Sahib səhər Firəngizə demişdi ki, ona ağ köynək alsın. Ağ kəfən qisməti oldu... Firəngiz müəllimə idi, bu gün saat 12-də dərsi vardı. Gedə bilmədi... "