Dünən baş verən yanğında həyatını itirən BDU-nun Ekologiya və torpaqşunaslıq fakültəsinin 3-cü kurs tələbəsi Ülkər Eyvazova üçün universitetdə anım mərasimi keçirilib.
Axşam.az "qafqazinfo"ya istinadən xəbər verir ki, mərasimdə çıxış edən Abel Məhərrəmov hadisədən bütün kollektivin sarsıldığını bildirib. O, Ülkərin çox fəal və ictimaiyyətçi tələbə olduğunu qeyd edib.
Çıxışının sonunda onun və vəfat edənlərin ailələrinə səbr və Allahdan rəhmət diləyib.
Anım mərasimində iştirak edən Ülkərin qrup yoldaşları onun sinif nümayəndəsi və qrupda seçilən qız olduğunu deyiblər:
“Ülkər çox mədəni və çalışqan qız idi. Qrupumuzda 5 nəfər olduğu üçün çox yaxınıq. Hamı onu çox sevirdi, əla qiymətlərlə oxuyurdu".
Sonda universitet kollektivi Ü.Eyvazovanın məzarını ziyarət edib.