Elnur "Eurovision"ın açılışında qara sarğı taxdı - video
Ölkə
17:20 / 20.05.15
23364dəfə oxunub
A-
A
A+
“Eurovision 2015” təmsilçimiz Elnur Hüseynov ötən gün keçirilən müsabiqənin birinci yarımfinal gecəsinə qatılıb.
Axşam.az-ın məlumatına görə, o, tədbirdə qoluna qara sarğı bağlayıb.
Elnur bunu Bakıdakı yanğın nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq etdiyini bildirib:
“Nə qədər insanlarımız öldü. Bilmirəm, nə deyim. Allah rəhmət eləsin. Belə hadisələr olanda insanın qəlbi qırılır”.
Qeyd edək ki, E.Hüseynov mayın 21-də müsabiqənin ikinci yarımfinalında 11-ci nömrə altında səhnəyə çıxacaq. Təmsilçimiz “Hour of the Wolf” mahnısını səsləndirəcək.